Mbappenin Tunislə oyunöncəsi problemi
30.11.2022 - 12:56
Kilian Mbappe Fransa yığmasının bugünkü oyununu buraxmaq təhlükəsi ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, hücumçu DÇ-2022-nin qrup mərhələsinin III turunun oyunu öncəsi topuğunda ağrılar hiss edir.
Bu, onun Tunisə qarşı görüşdə iştirakına mane ola bilər. Düzdür, baş məşqçi Didye Deşam da heyətdə rotasiyalar aparmaqla liderlərə istirahət verməyi planlaşdırır. Amma mundiallardakı statistikasını yaxşılaşdırmaq arzusunda olan Mbappe meydana çıxmağa can atır.
Qeyd edək ki, Kilian 3 qolla DÇ-2022-nin şərikli bombardirlərindədir.
0
0