Meddison üçün il başa çatdı
11.11.2023 - 14:18
“Tottenhem”in yarımmüdafiəçisi Ceyms Meddison uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Apasport.az xəbər verir ki, bu haqda komandanın baş məşqçisi Anqe Postekoğlu məlumat verib.
İngiltərə millisinin də şərəfini qoruyan 27 yaşlı futbolçu Premyer Liqanın XI turunun “Tottenhem” – “Çelsi” (1:4) matçında topuğundan ciddi zədə alıb. Posteqoğlu görüşün ilk hissəsinin bitməsinə yaxın əvəz olunan futbolçunun yeni ilə kimi meydanlardan uzaq qalacağı bildirib.
Qeyd edək ki, bu mövsüm 12 matçda forma geyinən Meddison 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0