“Mövsümün sonunda karyeramı bitirmək ehtimalım 50 faizdir”.
Apasport.az xəbər verir ki, “Qalatasararay”ın futbolçusu Dries Mertens yeni açıqlamaları ilə gündəm olub.
36 yaşlı cinah yarımmüdafiəçisi milli komandaya çağırılmaması və gələcək karyerası ilə bağlı danışıb: “Milliyə dəvət olunmamaq məni o qədər də incitmir. Baş məşqçimiz Tedesko ilə İstanbulda görüşüb, bu məsələni geniş müzakirə etdik. Mən onun qərarlarına hörmətlə yanaşıram.
Bəli mövsümün sonunda karyeramı bitirmək ehtimalım var. Hətta hazırki düşüncələrimlə bu durumun 50/50-yə nisbətində də olduğunu deyə bilərəm. Yəqin ki yekun qərarımı mövsümün sonunda verəcəm”.
Qeyd edək ki, bu mövsüm 20 matçda iştirak edən belçikalı futbolçu 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.