Messi Bekhemin bir addımlığında
07.08.2023 - 13:00
Messi Bekhemin bir addımlığında

Argentina millisinin və “İnter Mayami”nin futbolçusu Lionel Messi 64-cü dəfə cərimə zərbəsindən qol vurub.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı cənubi amerikalı Liqalar kubokunun 1/8 finalında fərqlənib.

O, “Dallas”la görüşdə dubl edib. Messi ikinci qolu cərimə zərbəsindən vurub.

Bu göstəricidə rekord Juninyo Pernambukanoya məxsusdur – 77 qol. Pele 70, Viktor Leqrotalye və Ronaldinyo hərəyə 66, Devid Bekhem 65 cərimə zərbəsini qola çevirib. Kriştiano Ronaldonun hesabında 60 belə top var.

Qeyd edək ki, “İnter Mayami” 4:4 hesabı ilə başa çatan matçın penaltilər seriyasında qalib gəlib – 5:3. 
 

writer photo
Əlirza Əlirzalı
0