Messi bir matçda iki rekorda imza atıb
21.06.2024 - 10:56
Messi bir matçda iki rekorda imza atıb

Amerika kubokunun açılış matçında Argentina yığması Kanada millisini 2:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, 36 yaşlı hücumçu Lionel Messi Argentina yığmasının heyətində meydana çıxıb.

Ulduz futbolçu üçün bu görüş Amerika Kubokunda 35-ci olub. Lionel bu turnirdə keçirilən oyunların sayına görə rekorda imza atıb.

Bundan əlavə, Messi tarixdə 7 Amerika Kubokunda iştirak edən ilk argentinalıdır.

Xatırladaq ki, Argentina millisi turnirin hazırkı qalibidir. 
 

writer photo
Əlirza Əlirzalı
0