“İnter Mayami”nin super ulduzu Lionel Messi ABŞ klubunda keçirdiyi ilk mövsümü dəyərləndirib.
Apasport.az xəbər verir ki, argentinalı hücumçu sosial media paylaşımında yayda qoşulduğu komandanın performansını şərh edib.
Messi komandası ilə qazandığı uğurdan razı qaldığını bildirib: “Komandanın bu mövsüm əldə etdiyi hər şeylə fəxr edirəm. Birgə iş və səylər sayəsində Liqa Kubokunu qazana bildik. "İnter Mayami"nin tarixində ilk titulunu qazanaraq, ABŞ Açıq Kubokunun finalına qədər irəlilədik. Bizim hələ də görüləcək işlərimiz var və gələn il daha yaxşı mübarizə aparacağıq. Bunun üçün inkişaf etmək istəyimiz var”.
Qeyd edək ki, 36 yaşlı hücumçu zədə səbəbindən mövsümü erkən başa vurub.