Messi: “İnter Mayami”də oynayacam
07.06.2023 - 23:25
Messi: “İnter Mayami”də oynayacam

“Barselona”ya dönməyəcəm. “İnter Mayami”yə keçəcəm.

Apasport.az saytı xəbər verir ki, bu sözləri Lionel Messi deyib.

Argentinalı ulduz Parisdə İspaniya mətbuatına verdiyi müsahibədə “Barselona”ya niyə dönmədiyinə də aydınlıq gətirib: “Həqiqətən “Barsa”ya dönmək istərdim, amma bu qərarı vermək çox çətindir. Buranı tərk edərkən müəyyən təcrübə toplamışdım. Yenidən eyni vəziyyətə düşmək istəməzdim”. Futbolçu müsahibədə karyerasını ABŞ MLS Liqasında davam etdirəcəyini bildirib.

Qeyd edək ki, Messi “Əl-Hilal” illik 500 milyon avro təklifindən imtina edib.
 

writer photo
Əlirza Əlirzalı
0