PSJ-nin hücumçusu Lionel Messi ilə baş məşqçi Maurisio Poçettino arasında gərgin münasibətlər var.
Apasport/az saytının məlumatına görə, Argentina millisinin kapitanı həmyerlisinin işindən məmnun deyil.
O, yeni mütəxəssisin gəlişini gözləyir və gələcək perspektivlərini dəyərləndirir. 35 yaşlı futbolçu “Barselona”dan kənarda da uğur qazana biləcəyini sübut etmək istəyir. Lakin hücumçu bunun üçün Poçettinonun parislilərdən ayrılmalı olduğunu düşünür.
Qeyd edək ki, Lionel Messi PSJ-yə ötən ilin yayında “Barselona”dan keçib. O, cari mövsüm 33 oyunda 11 qol vurub, 13 məhsuldar ötürmə verib.