Lionel Messi və Jordi Alba MLS-in növbəti turunu buraxacaqlar.
Apasport.az saytı xəbər verir ki, bunu futbolçuların formasını geyindiyi "İnter Mayami"nin baş məşqçi Xerardo Martino deyib.
60 yaşlı argentinalı mütəxəssis futbolçuların əzələ ağrısından əziyyət çəkdiklərini deyib: “Addım-addım getmək, tibbi hesabatı öyrənmək, futbolçuların nə düşündüklərini bilmək lazımdır. Vəziyyətə nəzarət edib, qərar verəcəyik. Təbii ki, onlar sentyabrın 24-də “Orlando Siti”yə qarşı oynamayacaqlar”.
Qeyd edək ki, Messi və Alba yayda ABŞ klubuna gəliblər. Argentinalı ulduz 11 matçda 11 qol, 5 assist, ispaniyalı sol cinah müdafiəçisi isə 10 görüşdə 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.