Messidən PROQNOZ
17.10.2022 - 14:47
Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi DÇ-2022 ilə bağlı proqnoz verib.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı hücumçu Qətərdə keçiriləcək yarışın favoritlərini açıqlayıb.
Messi gələn ay start götürəcək yarışda çempionluğa çox sayda namizəd görür: “Favoritlərə gəlincə, Braziliya, Almaniya, Fransa, İngiltərə, İspaniya kimi böyük komandalar var. Mən əminəm ki, bəzilərini unutmuşam. Amma əgər bir və ya iki komandanı saxlamalıyamsa, bu gün əsas namizədlər Braziliya və Fransadır”.
Qeyd edək ki, Qətərdəki DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.
0
0