Messinin atası MLS klubu ilə danışıq aparır
31.10.2022 - 13:10
PSJ-nin hücumçusu Lionel Messi karyerasını ABŞ-da davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı superulduzu “İnter Mayami” heyətinə qatmaqda maraqlıdır.
Hazırda Argentina millisinin kapitanının mövsümün sonunda MLS-ə yollanmaq variantı müzakirə olunur. Klubun sahibləri olan Devid Bekhem və Xose Mas 35 yaşlı futbolçunun atası Xorxe Messi ilə danışıqlar aparır. Tərəflər razılığa gəlsələr, Leo gələn ilin yayında “İnter Mayami”yə azad agent kimi keçəcək.
Qeyd edək ki, Lionel Messi bu mövsüm bütün turnirlərdə 17 oyunda 12 qol vurub, 13 məhsuldar ötürmə verib.
0
0