Messiyə eşq təklif etdi, 22 illik həyat yoldaşı sakit qarşıladı - FOTO
03.01.2023 - 10:12
Messiyə eşq təklif etdi, 22 illik həyat yoldaşı sakit qarşıladı - FOTO

Məşhur uelsli aktrisa Ketrin Zeta-Cons sosial şəbəkədə paylaşımı ilə diqqətləri üzərinə çəkə bilib. 

Apasport.az xəbər verir ki, Qətərdə keçirilmiş dünya çempionatının final qarşılaşması zamanı Hollivud ulduzu şəxsi hesabından Argentina millisinin kapitanı Lionel Messiyə aşiq olduğunu açıqlayıb. 

Hətta eşq təklifi ilə kifayətlənməyən Zeta-Cons evini superulduzun şəkilləri ilə bəzəyib. Bu “sevgini” özü kimi məşhur olan həyat yoldaşı Maykl Duqlasın da sakit qarşıladığı bildirilir. Argentinanın Fransa ilə həlledici oyunu həyat yoldaşı ilə izləyən aktrisanın qarşılaşma ərzində həyəcandan dırnaqlarını yediyi də diqqətdən yayınmayıb. 

Qeyd edək ki, 53 yaşlı Zeta Consla 78 yaşlı Maykl Duqlas 22 ildir evlidirlər. Onların iki övladı var.

writer photo
Əlirza Əlirzalı
0