DÇ-2026-nın seçmə mərhələsinin Argentina – Paraqvay oyununda xoşagəlməz hadisə yaşanıb.
Apasport.az xəbər verir ki, bu, matçın 84-cü dəqiqəsində baş verib.
Futbolçular arasında mübahisədən sonra paraqvaylıların hücumçusu Antonio Sanabriya diqqət mərkəzinə düşüb. O, çevrilərək gedən Lionel Messinin arxasınca tüpürüb.
36 yaşlı ulduz buna heç bir reaksiya verməyib. Ona rəqibin hərəkəti barədə soyunub-geyinmə otağında məlumat verdikdə də bunu ciddiyə almayıb: “Mən heç bu oğlanın kim olduğunu da bilmirəm. Bu haqda danışmayacam. Onun haqda danışsam, çox məşhur olar”.
Qeyd edək ki, Argentina millisi Buenos-Ayresdəki qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib. Messi bu matçın ikinci hissəsində meydana çıxıb.