“Milan” baş məşqçisinə şərt qoydu
15.05.2023 - 21:42
“Milan” baş məşqçisinə şərt qoydu

“Milan” klubunda rəhbərlik yeni mövsümdə kadr dəyişikliyi edə bilər.

Apasport.az saytı xəbər verir ki, bu, İtaliya təmsilçisinin mövsümü “4-lük”dən kənarda başa vuracağı halda baş verəcək. 

Növbəti matçlarda qarşıya qoyulan hədəfə çatmaq mümkün olmasa baş məşqçi Stefano Pioli və klubun texniki direktoru Paolo Maldini göndəriləcək. “Milan”ın sahibi olan “RedBird” investisiya şirkətinin rəhbərliyi klubun bu mövsüm Çempionlar Liqasında finala yüksəlməsini və mövsümü ilk 4 komanda arasında bitirməsini istəyir. Əks halda, hər iki mütəxəssisin işinə son veriləcəyi onların diqqətini çatdırılıb.

Qeyd edək ki, Çempionlar Liqasının ilk yarımfinal oyununda əzəli rəqibi “İnter”ə (0:2) məğlub olan komanda hazırda A seriyasında topladığı 61 xalla turnir cədvəlinin 5-ci pilləsində yer alır. Analoji yarışda iştirak uğrunda isə “Latsio” ilə mübarizə aparan “Milan” sona 3 tur qala paytaxt klubundan 4 xal geri qalır.

writer photo
Əlirza Əlirzalı
0