"Milan"ın baş direktoru Giorgio Furlani Rade Kruniçin "Fənərbaxça"ya transferini təsdiqləyib.
Apasport.az "ntvspor"a istinadla xəbər verir ki, Giorgio Furlani İtaliya kubokunda "Milan"ın "Atalanta"ya (1:2) məğlubiyyətindən sonra jurnalistlərə açıqlama verərkən bu barədə danışıb.
Baş direktor Kruniç transferi ilə bağlı bunları deyib: "Rade Kruniçin "Fənərbaxça"ya transferində hər şey yolunda gedir. Ümid edirəm ki, Kruniç orada yaxşı çıxış edər".
Digər tərəfdən, məşhur idman jurnalisti Fabrizio Romano "Fənərbaxça"nın bosniyalı futbolçu üçün "Milan"a ödəyəcəyi məbləği açıqlayıb. O bildirib ki, "sarı-lacivərdlilər" 30 yaşlı müdafiəçi üçün İtaliya komandasına 4,5-5 milyon avro civarında transfer ödənişi edəcək.
Qeyd edək ki, İstanbul nəhənginin yaxın vaxtlarda Kruniç transferini rəsmən açıqlaması gözlənilir.