“Milan” qapıçısını itirdi
20.09.2023 - 10:26
“Milan” qapıçısını itirdi

“Milan”ın qapıçısı sıradan çıxıb.

Apasport.az saytı xəbər verir ki, Mik Menyan Çempionlar Liqasının qrup mərhələsinin "Nyukasl"la görüşündə zədələnib.

28 yaşlı qolkiper matçın 79-cu dəqiqəsində oyundan çıxmalı olub. Onu ehtiyat qapıçı Marko Sportiello əvəzləyib. Həkimlər fransalı çərçivə qoruyucusunun vəziyyəti ilə bağlı məlumat verməyiblər. 
  
Qeyd edək ki, “Milan” – “Nyukasl” matçı qolsuz bərabərliklə başa çatıb.

writer photo
Əlirza Əlirzalı
0