“Milan”ın baş məşqçisi “Napoli”nin hədəfindədir
09.02.2024 - 22:58
“Milan”ın baş məşqçisi Stefano Pioli yayda klub qeydiyyatını dəyişə bilər.
Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis ölkəsində başqa bir klubun maraq dairəsinə düşüb.
“Napoli”nin prezidenti Aurelio De Lautentis Piolini komandasında görmək istəyir. 58 yaşlı çalışdırıcının mövsümün sonunda baş məşqçi postundan ayrılacağı gözlənilir.
Qeyd edək ki, Piolinin "Milan"la müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Lakin nəticələrdən narazı qalan klub rəhbərliyi ona əvəzləyici axtarır.
0
0