“Milan”ın futbolçusu itkin düşdü
19.10.2023 - 13:14
“Milan”ın futbolçusu itkin düşdü

“Milan”ın “Norçepinq”ə icarəyə verdiyi Emil Robak itkin düşüb.

Apasport.az xəbər verir ki, 20 yaşlı futbolçu iki həftədir itib.

İsveç klubunun nümayəndələri və hücumçunun ailəsi 14 gündür Emili axtarır. O, komanda yoldaşlarını da harada olması barədə məlumatlandırmayıb.

Qeyd edək ki, 2020-ci ildən “Milan”a məxsus olan futbolçunun “Norçepinq”lə icarə müqaviləsi bu ilin sonunda başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0