Millədə ciddi itki
12.06.2023 - 16:37
Millədə ciddi itki

İngiltərə millisi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Cud Bellinqem yığmanın bu ay keçiriləcək oyunlarını buraxacaq.

Baş məşqçi Qaret Sautqeyt onu AVRO-2024-ün seçmə mərhələsinin matçları üçün çağırdığı heyətdən çıxarıb. Cud Malta və Şimali Makedoniyaya qarşı oynamayacaq.

Bundesliqanın son turunun “Mayns”la görüşündə dizindən zədə alan yarımmüdafiəçi bərpa prosesi keçir. Bellinqem kimi “Brayton”un müdafiəçi Lyuis Dank da heyətdən kənar düşüb.

Qeyd edək ki, Cud bu yay Dortmund “Borussiya”sından “Real”a keçib.

writer photo
Əlirza Əlirzalı
0