Millidə yeni müqavilə
05.11.2022 - 15:50
Millidə yeni müqavilə

Rusiya millisinin baş məşqçisi Valeri Karpinlə müqavilə uzadılıb.

Apasport.az saytının məlumatına görə, bunu Rusiya Futbol İttifaqı açıqlayıb.

Mütəxəssislə yeni anlaşma 2024-cü ilin avqustuna qədər nəzərdə tutulub. O, 2021-ci ilin yayından yığmaya rəhbərlik edir.

Qeyd edək ki, Karpin bu postda Stanislav Çerçesovu əvəzləyib.
 

writer photo
Əlirza Əlirzalı
0