Millidə yeni rekordçu
26.09.2022 - 09:18
Marko Arnautoviç Avstriya yığmasının tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, hücumçu millisində ən çox oyun keçirən futbolçu adına yiyələnib.
Millətlər Liqasının Xorvatiya ilə oyunu Markonun 104-cü matçı olub. 33 yaşlı forvard bununla da rekord vurub.
O, Andreas Hersoqu arxada qoyub. Sonuncunun aktivində 103 oyun var.
Qeyd edək ki, Avstriya bu görüşdə 1:3 hesabı ilə uduzub.
0
0