Millinin kapitanı ilə bağlı QƏRAR
29.11.2022 - 18:06
Millinin kapitanı ilə bağlı QƏRAR

“Çelsi”nin yarımmüdafiəçisi Kristian Pulişiçin taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, ABŞ millisinin kapitanının mövsümün sonuna qədər komandada qalması qərara alınıb.

24 yaşlı hücumameyilli oyunçu Dortmund “Borussiya”sı, “Mançester Yunayted” və “Nyukasl”ın maraq dairəsində olsa da, londonlular qış fasiləsində onu satmayacağını bəyan edib. Həmçinin Pulişiç özü də “zadəganlar”ı tərk etməyə müsbət baxmır.

Qeyd edək ki, Kristian Pulişiç bu mövsüm “Çelsi”nin heyətində 18 oyuna çıxıb, 1 qol, 2 assistlə yadda qalıb. Onun klubla müqaviləsi 2024-cü ilin yayına kimidir.

writer photo
Əlirza Əlirzalı
0