Millinin qapıçısı klubunu dəyişdi
09.08.2022 - 12:58
İspaniyanın “Real Sosyedad” klubu qapıçısı Metyu Rayanı satıb.
Apasport.az saytının məlumatına görə, Avstraliya millisinin qolkiperi “Kopenhagen”in formasını geyinəcək.
Danimarka klubu 30 yaşlı əlcək sahibi ilə 2 illik müqavilə imzalayıb. Bu transfer 5 milyon avroya gerçəkləşib.
Qeyd edək ki, Rayan ötən mövsümün 9 oyununda 14 qol buraxıb.
0
0