Millinin sabiq futbolçusu oyun zamanı öldürüldü
02.02.2024 - 16:19
Boliviya millisinin sabiq müdafiəçisi Serxio Xaurequi öldürülüb.
Apasport.az xəbər verir ki, o, Meksikada həvəskar komandalar arasında keçirilən yoldaşlıq oyunu zamanı güllələnib.
Oyun zamanı 38 yaşlı futbolçu su içmək üçün meydançanın kənarına çıxıb. Bu zaman naməlum şəxs onun yanına qaçaraq 6 dəfə atəş açıb və və motosikletlə hadisə yerindən qaçıb.
Hadisə yerinə təcili yardım çağırılıb, lakin onlar Xaureqinin həyatını xilas edə bilməyiblər. Futbolçu aldığı güllə yaralarından yerindəcə keçinib.
Qeyd edək ki, futbolçu millinin heyətində 13 oyuna çıxıb.
0
0