MLS hakimlərinin tətil hədəsi
25.01.2024 - 12:56
MLS hakimlərinin tətil hədəsi

ABŞ-da futbol üzrə yeni mövsümün (MLS) startı gecikə bilər.

Apasport.az xəbər verir ki, buna səbəb çempionatda ədaləti qoruyacaq hakimlərin boykot qərarı almasıdır.

Məsələ burasındadır ki, ölkənin Peşəkar Hakimlər Təşkilatı (PRO) və Peşəkar Futbol Hakimləri Assosiasiyası (PSRA) yeni kollektiv müqavilə ilə bağlı konsensus əldə edə bilməyib.

Bu xəbərdən sonra açıqlama verən arbitrlər ittifaqı yanvarın 31-dək yeni şərtlərlə razılaşma imzalanmazsa, tətil elan edəcəklərini bildiriblər. Qurumlar arasında danışıqların davam etdiyi, hələlik müsbət nəticə olmadığı bildirilir.

Qeyd edək ki, MLS-də yeni mövsümün fevralın 21-də başlanması planlaşdırılır.

writer photo
Əlirza Əlirzalı
0