Modriç “Leypsiq”lə oyunu buraxacaq
24.10.2022 - 23:38
Modriç “Leypsiq”lə oyunu buraxacaq

“Real”ın futbolçusu Luka Modriç Çempionlar Liqasının V turunu buraxacaq.

Apasport.az saytının məlumatına görə, xorvat yarımmüdafiəçinin adı “Leypsiq”lə görüşün sifariş vərəqindən çıxarılıb.

Lukanın adı öncədən heyətə salınsa da, son anda kənarlaşdırılıb. Belə addımın səbəbi açıqlanmır.

Qeyd edək ki, “Leypsiq” – “Real” qarşılaşması oktyabrın 25-də keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0