“Monako” baş məşqçi tapdı
04.07.2023 - 17:18
“Monako” baş məşqçi tapdı

“Monako”nun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Knyazlıq klubu”nu Adolf Hutter çalışdıracaq.

Avstriyalı mütəxəssislə iki illik müqavilə imzalanacaq. 53 yaşlı çalışdırıcının son iş yeri Mönhenqladbax “Borussiya”sı olub.

Hutter “Zalsburq”la Avstriya, “Yanq Boyz”la İsveçrə çempionu olmağı bacarıb. O, bu uğurlara 2014/15 və 2017/18 mövsümlərində imza atıb.

Qeyd edək ki, “Monako” ötən mövsüm Liqa1-in turnir cədvəlində 6-cı olub.

writer photo
Əlirza Əlirzalı
0