Montielin ad günü axşamında zorlama
31.03.2023 - 15:38
"Sevilya"nın müdafiəçisi Qonsalo Montiela qarşı məhkəmədə iddia qaldırılıb.
Apasport.az saytı xəbər verir ki, argentinalı dünya çempionu zorlamada şübhəli bilinir.
Bu barədə adı açıqlanmayan zərərçəkmişin vəkili Rakel Ermida məlumat yayıb. Bildirilib ki, təcavüz 2019-cu il yanvarın 1-də Montielin evində ad günü şənliyi zamanı baş verib.
Şikayət ərizəsində hətta Montielin zorlamada tək olmadığı bildirilib.
Qeyd edək ki, 2021-ci ildən “Sevilya”nın şərəfini qoruyan Montiel bu mövsüm 28 oyunda 1 qol və 1 assistlə yadda qalıb.
0
0