Mourinyo: "İstanbulda mənə hörmətsizlik edildi"
25.09.2024 - 14:14
Mourinyo: "İstanbulda mənə hörmətsizlik edildi"

Super Liqa təmsilçilərindən "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda baş tutacaq "Yunion Sent-Jilluaz"la oyundan öncə mətbuat konfransı keçirib.

Apasport.az xəbər verir ki, derbidən sonra mətbuat konfransına qatılmayan təcrübəli mütəxəssis bunun səbəbini açıqlayıb:

"24 illik karyeramda heç vaxt mətbuat konfransından və məğlubiyyətdən qaçmamışam. Bunu ilk matçda da demişəm. Mətbuat konfransı üçün 75 dəqiqə gözləməyin mənası yoxdur. Matç bitər-bitməz baş məşqçini təbrik etdim və müsahibə üçün getdim, amma 75 dəqiqə gözləməli oldum. 

Başa düşürəm ki, qonaq komandanın baş məşqçisi daha əvvəl mətbuat konfransına daxil olub, amma biz ikimiz də eyni şəhərin komandasıyıq. Rizə və Göztəpədə olduğu kimi mətbuat konfransına ilk olaraq girə bilərəm, amma 70-80 dəqiqə gözləyə bilmərəm.

Zarafatla dedim ki, konfransı şənbə günü başlayıb, bazar günü bitirdik. 

Həmin gün konfransda olmamağımın nəticə ilə heç bir əlaqəsi yoxdur. Əslində, mənə hörmətsizlik edildiyini düşünürəm".

writer photo
Əlirza Əlirzalı
0