Mourinyu Veynaldumun nə vaxt qayıdacağını açıqladı
29.01.2023 - 16:58
Mourinyu Veynaldumun nə vaxt qayıdacağını açıqladı

"Roma"nın baş məşqçisi Juze Mourinyu komandasının yarımmüdafiəçisi Corcinyo Veynaldumun fiziki durumundan danışıb.

Apasport.az xəbər verir ki, Mou onun durumunun günü-gündən düzəldiyini bildirib:

"Zaman sağaldır. Komanda ilə kiçik tapşırıqları yerinə yetirməyə başlayır. Sağalmasının necə getdiyini öyrənmək üçün hər 15 gündən bir müayinədən keçir. Onun komanda ilə məşqlərə başlaması bir həftə və ya 10 gün, rəsmi matçda meydanda bir neçə dəqiqə oynaya bilməsi üçün isə 2-3 həftə vaxt lazımdır. Sağalma yaxşı gedir”.

Xatırladaq ki, ötən il avqustun 21-də Corcinyo Veynaldum məşq zamanı sağ ayağının baldır sümüklərində sınıq aldı.

writer photo
Əlirza Əlirzalı
0