“Tottenhem”in yarımmüdafiəçisi Son Xın Min əməliyyat olunub.
Apasport.az saytının məlumatına görə, Cənubi Koreya millisinin lideri Çempionlar Liqasının qrup mərhələsində “Marsel”lə (2:1) görüşdə gözündən xəsarət almışdı.
Dünən əməliyyat olunan 30 yaşlı hücumameyilli oyunçunun vəziyyətinin normal olduğu açıqlanıb. O, noyabrın 20-də Qətərdə start götürəcək dünya çempionatında millinin heyətində yer ala biləcəkı. Ancaq Son “Tottenhem”in mundiala qədərki son 3 matçını buraxmalı olacaq.
Qeyd edək ki, Cənubi Koreya yığması DÇ-2022-də Uruqvay, Qana və Portuqaliya ilə eyni qrupda mübarizə aparacaq.