Murad Musayev yenidən ən yaxşı seçilib
07.11.2024 - 13:48
Murad Musayev yenidən ən yaxşı seçilib

Rusiya Premyer Liqasında oktyabr ayının ən yaxşı məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, bu ada "Sabah" klubunun sabiq baş məşqçisi Murad Musayev layiq görülüb.

Bunu ölkə çempionatının mətbuat xidməti açıqlayıb. Mütəxəssis ötən ay "Krasnodar"la 3 qələbə qazanıb. Onun komandası "Ximki"ni 4:0, "Spartak"ı 3:0, "Krılya Sovetov"u 2:1 hesabı ilə məğlub edib.

Musayev Sergey Semak ("Zenit"), Martsel Liçka ("Dinamo"), Marko Nikoliç (ÇSKA) və Dmitri Pyatibratovu ("Fakel") geridə qoyub.

Qeyd edək ki, "Krasnodar" 36 xalla Rusiya Premyer Liqasının turnir cədvəlinə başçılıq edir. 

writer photo
Əlirza Əlirzalı
0