Futbol üzrə Türkiyə çempionatının növbəti turunda “Qalatasaray”ın “Kasımpaşa” ilə noyabrın 3-də keçirilən qarşılaşmasında zədələnərək meydanı yarımçıq tərk etməli olan qapıçı Fernando Musleranın son vəziyyəti açıqlanıb.
“Apasport” xəbər verir ki, “Qalatasaray” klubundan verilən açıqlamada Musleranın oyun zamanı rəqib futbolçu ilə təmas zamanı qolunun dirsəkdən çıxdığı, həkimlərin müdaxiləsi nəticəsində qolun yerinə salındığı bildirilib.
Qeyd olunub ki, bu gün aparılan dəqiq müayinələr nəticəsində çıxıq zamanı Musleranın qolunda qismən zədələnmə, əzələlərdə yırtıq və qanama olduğu üzə çıxıb.
Açıqlamada kapitan Musleranın müalicəsinə başlanıldığı, onun 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, “Qalatasaray” Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu noyabrın 8-də səfərdə Münhenin “Bayern” komandasına qarşı keçirəcək.
Musleradan “Qalatasaray”a pis xəbər
04.11.2023 - 16:05
0
0