Naço Fernandes Messi ilə komanda yoldaşı olacaq
02.05.2024 - 16:54
"Real"ın futbolçusu Naço Fernandes karyerasını ABŞ-də davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" nəşri məlumat yayıb.
Qeyd olunub ki, futbolçu mövsümün sonunda "İnter Mayami"yə keçəcək.
34 yaşlı müdafiəçinin "kral klubu" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. O, 2012-ci ildən "Real"da çıxış edir.
0
0