Portuqaliya millisinin sabiq futbolçusu Nani vaxtilə formasını geyindiyi “Mançester Yunayted”in uğursuzluqlarına biganə qalmayıb.
Apasport xəbər verir ki, futbolçu “qırmızı şeytanlar”ı sərt ittiham edib.
O bildirib ki, komandada fədakarlıq ruhu yoxdur. Portuqaliyalı ulduz həmyerlisi Kriştino Ronaldonun vaxtları ilə müqayisədə İngiltərə klubunun hazırkı durumunun daha yaxşı olmadığını bildirib: “Mançester Yunayted”in oyununa baxanda asanlıqla görə bilərsiniz ki, burada fədakarlıq ruhu yoxdur. “Qələbə qazanmalıyıq” deyən bir qrup oyunçunun çatışmadığı aydındır. Onlar topla qaçmalı, onu tora salmalı və yenidən qalib gəlməyə çalışmalıdır”.
“Qırmızı şeytanlar”ın keçmiş ulduzu baş məşqçi Erik Ten Haqın komandasında uğur qazanmaq üçün lazımı səviyyədə olmadığını da vurğulayıb.
Qeyd edək ki, futbolçu karyerasını Super Liqa komandalarından “Adana Dəmirspor”da davam etdirir. Ulduz oyunçu daha əvvəl “Fənərbaxça”nın forması da geyinib.
- “Barselona”nın müdafiəçisi “Sevilya”nın bir addımlığında
- Basketbol Liqasında pley-off oyunlarının vaxtı müəyyənləşib
- “Formula-1”i izləmək üçün 2 min qazi və şəhid ailəsi üzvünə pulsuz bilet verildi
- “Mançester Yunayted”də zədəlilərin durumuna aydınlıq gəldi
- "Beşiktaş" Juninyonu "kredit"lə almaq istəyir