“Napoli” “Çelsi”nin futbolçusunu heyətinə qatır
20.07.2024 - 10:45
“Napoli” “Çelsi”nin futbolçusunu heyətinə qatır

"Napoli" "Çelsi"nin hücumçusu Romelu Lukakununu transfer etməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, klub artıq 31 yaşlı futbolçu ilə razılığa gəlib.

Belçikalı oyunçu ilə 3 illik müqavilə imzalanacaq. Onun mövsümlük maaşı isə 6 milyon avro olacaq

Qeyd edək ki, Lukaku 2021-ci ildə "Çelsi"yə qayıdıb. Ötən mövsüm forvard icarə əsasında "Roma"da çıxış edib. O, bu müddət ərzində bütün yarışlarda 47 oyun keçirib, 21 qol vurub və 4 qolun ötürməsini verib.

writer photo
Əlirza Əlirzalı
0