"Napoli" prezidenti ərəblərə söz atdı: 200 milyona Osimhenin 1 ayağını ala bilərsiz
05.09.2023 - 00:44
"Napoli" prezidenti ərəblərə söz atdı: 200 milyona Osimhenin 1 ayağını ala bilərsiz

"Napoli"nin futbolçusu Viktor Osimhenin transfer qiyməti açıqlanıb. 

Apasport.az saytı xəbər verir ki, klubun prezidenti Aurelio De Laurentis nigeriyalı hücumçuya 500 milyon avro qiymət qoyub. 

O bildirib ki, Osimhen üçün məhz bu məbləği təklif etsələr, bu haqda düşünəcəklər: “Ərəblər 200 milyon avroya yalnız onun bir ayağını ala bilərlər. Yəqin ki, gələn il onlar 500 milyon təklif edəcəklər və biz təklifinizi nəzərdən keçirəcəyik. Amma təkrar edirəm - nəzərdən keçirəcəyik”.

Qeyd edək ki, bu mövsüm 3 matçda 3 qolla yadda qalan Osimhenin xidmətində Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu maraqlıdır. 

writer photo
Əlirza Əlirzalı
0