“Napoli”dən Spalletti qərarı
15.11.2022 - 10:13
“Napoli”dən Spalletti qərarı

“Napoli” baş məşqçisi Luçano Spalletti ilə müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, artıq tərəflər arasında danışıqlar gedir.

İtaliya klubu 63 yaşlı mütəxəssisin postunda qalmasını istəyir. Düzdür, onlar mövsümün sonunda başa çatacaq müqavilənin bəndindən yararlanaraq Spallettini daha bir il saxlaya da bilər. Amma A seriyası təmsilçisi 2025-ci ilədək nəzərdə tutulan yeni anlaşmanın tərəfdarıdır.

Qeyd edək ki, 2021-ci ilin mayından “Napoli”də olan mütəxəssisin yetirmələri 41 xalla A seriyasının lideridir.
 

writer photo
Əlirza Əlirzalı
0