Cənubi Koreya millisinin müdafiəçisi Kim Min-Jaenin zədələnməsi klubu “Napoli”nin narahatlığına səbəb olub.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı oyunçu dünya çempionatının qrup mərhələsinin II turunda Qana ilə (2:3) qarşılaşmada sıradan çıxıb.
Mərkəz müdafiəçisi baldırından xəsarət almasına baxmayaraq, məşqçilər korpusu onu qrupun son turunda Portuqaliya ilə matçda meydana buraxmağı planlaşdırır. Bu isə İtaliya klubunun narazılığı ilə qarşılanıb. Neapollular Kim Min-Jaenin iştirakı təqdirində FIFA-ya rəsmi şikayət ünvanlamağı düşünür.
Qeyd edək ki, “Napoli”yə yay fasiləsində “Fənərbaxça”dan keçən Kim Min-Jae bu mövsüm 20 oyunda 2 qol vurub.
- "Barselona"nın ulduz futbolçusu karyerasını bitirib
- Tural Axundov: "Fikirləşdim ki, gedib oralarda oynamamaqdansa..." - Müsahibə
- “Apasport”dan 7 uduş: “Ödənişli”dən rekord seriya
- Tarik Elyunissi: “Qarabağ”da oynadığım üçün xoşbəxtəm" - Müsahibə
- Estoniya yığmasının baş məşqçisi: “Azərbaycandan başqa hamısı mükəmməl rəqibdir”