"Napoli"nin Politano qərarı
11.11.2023 - 16:41
"Napoli"nin Politano qərarı

“Napoli” daha bir futbolçusu ilə müqaviləni yeniləməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, Neapol klubu vinger Matteo Politanonun klubda qalmasına çalışır.

İtaliya millisinin də şərəfini qoruyan sağ çinah müdafiəçisi özü də komandada qalmağın əleyhinə deyil. 30 yaşlı futbolçu ilə yeni razılaşmanın yaxın günlərdə imzalanacağı bildirilir.

Qeyd edək ki, “Napoli” ilə anlaşması 2025-ci ilin yayında başa çatacaq Politano bu mövsüm meydana çıxdığı 15 qarşılaşmada 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0