“Napoli”nin Qaltye planı
27.09.2023 - 00:39
“Napoli”nin Qaltye planı

Kristof Qaltye “Napoli”nin baş məşqçisi vəzifəsinə namizəddir.

Apasport.az saytı xəbər verir ki, hər şey komandanın qarşıdakı turlarda göstərəcəyi nəticələrdən asılıdır.

İtaliya çempionu mövsümə iki qələbə ilə başlasa da, son üç turda 3 xala həsrət qalıb. Uğursuz nəticələr komandanın baş məşqçisi Rudi Qarsiyanı hədəf halına gətirib. Klubun prezidenti Aurelio De Laurentis növbəti 4 oyunda qənaətbəxş nəticələr edilməyəcəyi təqdirdə, Qarsiya ilə yolları ayıracaq. Onu əvəzləyəcək mütəxəssislər arasında Qaltye favorit göstərilir.

Qeyd edək ki, Kristof son mövsümdə PSJ-yə Fransa çempionu titulunu qazandırıb.
 

writer photo
Əlirza Əlirzalı
0