Neymar məhkəmə qarşısına çıxacaq – 5 illik həbs tələbi
14.10.2022 - 13:30
Neymar məhkəmə qarşısına çıxacaq – 5 illik həbs tələbi

PSJ-nin hücumçusu Neymar həbs oluna bilər.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı forvardın “Santos”dan “Barselona”ya transferi zamanı transfer qiymətinin tam açıqlanmaması ona baha başa gələ bilər.

2013-cü ildə klublar keçidin 88 milyon avroya reallaşdığını açıqlasa da, Neymarın haqlarının 40 faizinə sahib olan DIS şirkəti əsl məbləğin gizlədildiyini əsas gətirərək, klubları və oyunçunu məhkəməyə verib. Adıçəkilən şirkət klubların 195 milyon avroluq cərimələnməsini, rəhbərlərin 6 illik, Neymarın isə 5 illik həbsini tələb edib.

Oktyabrın 17-də Barselonada ilk məhkəmə prosesi olacaq. Ayın 31-dək yekun qərarın açıqlanması planlaşdırılır.
 

writer photo
Əlirza Əlirzalı
0