Neymar: “Messi ilə PSJ-də cəhənnəmi yaşadıq”
04.09.2023 - 12:44
Neymar: “Messi ilə PSJ-də cəhənnəmi yaşadıq”

“Messi ilə birlikdə PSJ-də cəhənnəmi yaşadıq”.

Apasport.az saytı xəbər verir ki, karyerasını Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda davam etdirən Neymar deyib. 

O, PSJ-dən keçmiş komanda yoldaşı Lionel Messi haqda danışıb. 31 yaşlı braziliyalı hücumçu Messinin Argentina millisi ilə dünya çempionu olmasına sevindiyini bildirib. 

PSJ-dəki həyatlarını “cəhənnəm” adlandıran forvard Messinin Paris klubundan ayrılıq şəklinə belə kədərləndiyini qeyd edib: “Onun ilinin necə keçdiyi məni çox sevindirdi, amma eyni zamanda Fransa klubunda yaşadıqlarına görə kədərləndim. Argentina millisi ilə cənnətə çatdı, son illərdə hər şeyə qalib gəldi və PSJ ilə cəhənnəmi yaşadı. Biz “cəhənnəm”də yaşayırdıq, o da, mən də. Messi PSJ-ni futbol baxımından layiq olduğu şəkildə tərk etmədi. Kimliyindən asılı olmayaraq, o, məşq edən, döyüşən, uduzsa əsəbiləşən oğlandır. Məncə, onu nahaq ittiham ediblər. Mən çox şadam ki, o, dünya çempionu oldu. Messi karyerasına belə bir son qoymağa layiq idi”.

Qeyd edək ki, Argentina millisinin 36 yaşlı kapitanı hazırda karyerasını ABŞ-nın “İnter Mayami” klubunda davam etdirir.

writer photo
Əlirza Əlirzalı
0