Neymar: “PSJ-nin futbolçuları Messini anlamırlar”
30.05.2022 - 10:17
Neymar: “PSJ-nin futbolçuları Messini anlamırlar”

“Leo uzun illər “Barselona”da oynadı, bura uyğunlaşmaq asan deyil. Komandanı və şəhəri dəyişmək çətindir”.

Apasport.az saytının məlumatına görə, bunu PSJ-nin hücumçusu Neymar komanda yoldaşı Lionel Messi barədə danışarkən deyib.

Braziliya millisinin üzvünün fikrincə, Paris klubunun oyunçuları cənubi amerikalı superulduzu tam başa düşə bilmirlər: “Leo burada tək deyil, ailəsi ilə gəlib. Dili də fərqlidir. Komandanın da öz oyun tərzi var və futbolçular Messinin necə oynadığını anlamırlar. Deməli, hər şey zərərinədir. Leo, Kilian Mbappe və mən həmişə performansımıza, statistikamıza, titullarımıza görə qiymətləndirilən futbolçularıq. Biz öz öhdəliklərimizi bilirik və buna görə də həmişə əlimizdən gələni etməyə çalışırıq”.

Qeyd edək ki, PSJ-yə ötən ilin yayında “Barselona”dan keçən Lionel Messi geridə qalan mövsüm 34 oyunda 11 qol vurub, 14 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0