Neymar vətəninə qayıda bilər
11.02.2024 - 16:58
Neymar vətəninə qayıda bilər

“Neymarı geri qaytarmaq üçün danışıqlar aparırıq”.

Apasport.az xəbər verir ki, açıqlama “Santos”un prezidenti Marselo Teyşeyraya aiddir.

Funksioner Braziliya millisinin kapitanının geri dönməsi üçün “Əl-Hilal” klubu rəsmiləri ilə danışdığını deyib: “Bəli ərəblərlə Neymar haqda fikir mübadiləsi apardıq. Söhbət çox qısa idi, lakin tez söhbətlər çox vaxt ən təsirli olur. Hələlik konkret nəticə əldə etməmişik”.

Qeyd edək ki, Ötən ilin avqustunda Səudiyyə Ərəbistanı təmsilçisinə qoşulan 31 yaşlı hücumçu hazırda zədəsini sağaltmaqla məşğuldur. O,2009-2013-cü illərdə yetirməsi olduğu “Santos”un əsas komandasında çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0