Niko Qonsalesin transfer şərtləri
29.07.2023 - 22:25
Niko Qonsalesin transfer şərtləri

 “Portu” “Barselona”dan futbolçu transfer edib.

Apasport.az saytı xəbər verir ki, söhbət Niko Qonsalesdən gedir. 

Bu transferə görə, portuqaliyalılar 8,5 milyon avro xərcləyiblər. 21 yaşlı müdafiəçi ilə beş illik müqavilə imzalanıb. Müqavilədə futbolçunum satış qiyməti 60 milyon müəyyən olunub və satışdan gələn gəlirin 40 faizi “Barselona”nın hesabına köçürüləcək. Razılaşmanın digər bəndinə,əsasən, Kataloniya klubu 2025-ci il iyunun sonunadək Qonselesi geri qaytarmaq şansı var. Bunun üçün kataloniyalılar 30 milyon avrodan keçməli olacaqlar. 

Qeyd edək ki, Niko son mövsümü icarə əsasında “Valensiya”da keçirib.
 

writer photo
Əlirza Əlirzalı
0