“Nyukasl” İtaliya klubundan 3 futbolçuya elçi düşüb.
Apasport.az xəbər veri ki, Premyer Liqa təmsilçisinin idman direktoru Den Eşuort “Salernitana”nın 3 oyunçusunu gözaltı edib.
Söhbət müdafiəçi Lorenzo Pirole, yarımmüdafiəçi Lassane Kulibali və hücumçu Boulaye Diadan gedir. Hətta sözügedən futbolçuların oyununu canlı izaləmək üçün direktorun “Salernitana” - “Milan” oyununda (2:2) iştirak etdiyi bildirilir.
Qeyd edək ki, zədəli futbolçuların çoxluğundan əziyyət çəkən “Nyukasl” bu mövsüm çempionatda keçirdiyi 18 matçda 29 xal toplayıb. Komanda hazırda turnir cədvəlinin 7-ci pilləsində yer alır.