Super Liqa təmsilçilərindən "Kayserispor"un prezidenti Ali Çamlı "Beşiktaş" matçından sonra açıqlama verib.
Apasport.az xəbər verir ki, türkiyəli funksioner açıqlamasında matçın baş hakimi Atilla Karaoğlanı sərt tənqid edib.
"Beşiktaş"a 3:0 hesabı ilə uduzan "Kayserispor"un prezidenti Ali Çamlı matçı idarə edən Atilla Karaoğlanın növbəti matça buraxılmamasını istəyib:
"Hakimi də təbrik edirəm. İşini yaxşı yerinə yetirdi. Onu həqiqətən təbrik edirəm. Buradan Federasiyaya (red. Türkiyə Futbol Federasiyası) və MHK-ya (Hakimlər Komitəsi) müraciət etmək istərdim. Əgər bu hakimi matçlarımıza təyin etsələr, o zaman fərqli danışacam.
Xahiş edirəm, bu hakimi bizim oyunlara verməsinlər. Ötən il 2 "Qalatasaray"lı futbolçu biri-biriylə toqquşur, hakim faul verir. "Sivas" matçında VAR hakimi qolu ofsayd deyə ləğv edir. Hakimi təbrik edirəm. Mən o hakimi Həvəskarlar Liqasında da işləməyə qoymaram. Təbii ki, "Qalatasaray" xal itirdi, "Fənərbaxça" qazandı, "Beşiktaş"a da 3 xal lazım idi. "Beşiktaş"ı təbrik edirəm".