Oğuzhan Özyakup Ramil Şeydayevin komandasından imtina etdi
22.01.2024 - 16:41
Oğuzhan Özyakup Ramil Şeydayevin komandasından imtina etdi

Oğuzhan Özyakup Türkiyədən sürpriz təklif alıb.

Apasport.az yerli mətbuata istinadla xəbər verir ki, 1-ci Liqada çempionluğu qarşısına məqsəd qoyan "Kocaelispor"un prezidenti Engin Koyun təcrübəli ulduza təklif göndərib. 

"Beşiktaş"dan ayrıldıqdan sonra karyerasını Hollandiyanın "Fortuna Sittard" klubunda davam etdirən 31 yaşlı yarımmüdafiəçi Oğuzhan Özyakup Türkiyəyə gəlmək istəmədiyini deyib.

Engin Koy açıqlamasında deyib: "Oğuzhan Özyakup məşqçimiz Ərtoğrul Sağlamın yaxşı bildiyi bir addır. Oğuzhan Özyakupa transfer təklifi etdik. O bu təklifə müsbət yanaşsa da, hazırda Türkiyəyə qayıtmaq istəmədiyini bildirdi. Oğuzhan qərarını dəyişsə, bu transferdə aktivlik olacaq".

writer photo
Əlirza Əlirzalı
0