Okan Buruk onları heyətdə görmür
05.09.2023 - 17:42
Okan Buruk onları heyətdə görmür

Yeni transferlərlə heyəti gücləndirən “Qalatasaray” 2 futbolçu ilə yolları ayıracaq.

Apasport.az saytı xəbər verir ki, Super Liqa təmsilçisində baş məşqçi Okan Buruk müdafiəçilər Fredrik Midtsyo və Leo Duboisin komandadan göndərilməsini istəyir.

Gənc çalışdırıcı 2022-ci ildən komandaya gələn futbolçuları artıq heyətdə görmür. Bu səbəbdən də onlara yeni klub tapmaq tapşırılıb.

Qeyd edək ki, “Qalatasay” 3 turdan sonra topladığı 7 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alır.

writer photo
Əlirza Əlirzalı
0